Cəlilabad Rayon Mərkəzi Xəstəxanası
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cəlilabad Rayon Mərkəzi Xəstəxanası, Health/Beauty, Dzhalilabad.
29 Sentyabr — Dünya Ürək Günü
Ürək-damar sağlamlığının qorunması və ürək xəstəliklərinin profilaktikası ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkim-kardioloqu Günel Cəfərovanın tövsiyələri.
27/09/2026
🇦🇿 Altı il əvvəl tariximizin ən şərəfli səhifələrindən biri yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xalqımızın sarsılmaz birliyi və hər bir sahədə nümayiş etdirilən fədakarlıq 44 günlük Zəfər yolunu tarixə yazdı.
Həkimlərimiz və tibb işçilərimiz də bu mübarizənin ön cərgəsində idi. Döyüş meydanında yaralanan hərbçilərimizin həyatını xilas etmək, onlara ilkin tibbi yardım göstərmək və müalicələrini təmin etmək üçün gecə-gündüz yorulmadan xidmət göstərdilər. Onların peşəkarlığı, cəsarəti və insan həyatına bağlılığı Zəfər yolunun mühüm hissəsinə çevrildi.
Bu şərəfli yolda Vətən uğrunda canından keçən şəhidlərimizin, o cümlədən şəhid həkim və tibb işçilərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.
Qəhrəman şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq!
26/09/2026
25/09/2026
Cəlilabad Rayon Xəstəxanasında “İlkin səhiyyə xidmətində fiziki aktivliyin təşviqi” mövzusunda təlim keçirilib
Tədbirdə ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin pasiyentlərin fiziki aktivlik səviyyəsinin qiymətləndirilməsi, sağlam həyat tərzinin təşviqi və fiziki aktivliklə bağlı fərdi tövsiyələrin verilməsi istiqamətində rolu diqqətə çatdırılıb.
Həmçinin fiziki aktivliyin gündəlik həyat tərzinə inteqrasiyası, hərəkətsizliyin azaldılması və əhalinin sağlam davranışlara təşviq olunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Təlimin keçirilməsində əsas məqsəd ilkin səhiyyə xidmətində profilaktik yanaşmaların gücləndirilməsi, tibb işçilərinin maarifləndirilməsi və əhali arasında sağlam həyat tərzinin təşviqinə dəstək göstərilməsidir.
25/09/2026
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə xəstəxananın direktoru Teymur Mirzəbəyli, struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər. Əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Teymur Mirzəbəyli 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi Qələbədən, şəhidlərimizin Vətən uğrunda göstərdikləri şücaət və fədakarlıqdan söz açıb.
Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.
23/09/2026
Ana və uşaq sağlamlığı sahəsində xidmət keyfiyyətinin artırılması istiqamətində təlimlər davam etdirilir
Ana və uşaq sağlamlığı sahəsində göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, hamilə və zahı qadınlara, eləcə də azyaşlı uşaqlara göstərilən patronaj xidmətinin müasir standartlara uyğun təşkili məqsədilə silsilə təlimlər keçirilir.
Təlimlərin əsas məqsədi patronaj xidmətinin müasir yanaşmalar əsasında təşkili, ev ziyarətləri zamanı hamilə və zahı qadınların, eləcə də azyaşlı uşaqların sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməsi, risklərin vaxtında müəyyənləşdirilməsi və zəruri hallarda müvafiq tibbi xidmətlərə yönləndirilmənin təmin edilməsidir.
Təlimlər çərçivəsində patronaj xidmətinin təşkili və aparılması, ev ziyarətləri zamanı diqqət yetirilməli əsas məqamlar, ana və uşaqların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, maarifləndirmə və məsləhət xidmətlərinin göstərilməsi, həmçinin müraciətlərin düzgün qeydiyyatı və idarə olunması ilə bağlı praktiki və nəzəri məsələlər diqqət mərkəzində saxlanılır.
22/09/2026
20/09/2026
20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür.
Bu əlamətdar gün xalqımızın milli iradəsinin, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin təntənəsini ifadə edir. Qürurla yaşatdığımız bu tarix gələcək nəsillərə ötürəcəyimiz şanlı irsimizdir.
Dövlət suverenliyimiz əbədi olsun!🇦🇿
18/09/2026
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Təlim zamanı tibb işçilərinin peşə fəaliyyətində etik davranış prinsiplərinə riayət etməsi, pasiyentlərlə düzgün ünsiyyət, peşə etikası, tibbi məxfiliyin qorunması və işgüzar münasibətlərdə davranış qaydaları barədə ətraflı məlumat verilib.
Təlimin əsas məqsədi tibb işçilərinin peşəkar davranış qaydaları ilə bağlı məlumatlılığının artırılması və pasiyentlərlə münasibətlərdə etik prinsiplərin düzgün tətbiqinin təmin edilməsidir.
Category
Contact the business
Telephone
Website
Address
Dzhalilabad
1500
Alerts
Be the first to know and let us send you an email when Cəlilabad Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.